Oğul atasını bıçaqladı - SUMQAYITDA

Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir
 
Sumqayıtda oğul atasını bıçaqlayıb.
Hadisə şəhərin 6-cı mikrorayon ərazisində yerləşən şadlıq evində qeydə alınıb.
 Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Romans" şadlıq evində şənlik zamanı 1961-ci il təvəllüdlü Əlmərdanov Cabir Telman oğlu övladı tərəfindən bıçaqlanıb. O, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Həkimlər C. Əlmərdanovun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.