​Oğru dostunun güdazına gedən narkoman - “Çantasından telefon çıxdı” - VİDEO

Baxış sayı:
178

İctimai nəqliyyatda cibgirlik edənlər saxlanıldı.
Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-si və 24-də paytaxt sakini olan 2 qadının çantasından pul və qiymətli əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Teymur Hüseynov və Kürdəmir rayon sakini Vasif Babayev saxlanılıblar.
Üzərində şəxsi axtarış zamanı T.Hüseynovdan 0,159 qram və V.Babayevdən 0,172 qram narkotik vasitə olan heroin götürülüb.
Həyata keçirilən əlavə tədbirlərlə onların dekabrın 3-də 40 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda Bakı şəhər sakini olan bir nəfərin cibindən mobil telefon oğurlamaları da müəyyən edilib.
Vasif Babayev – Saxlanılan şəxs: “40 nömrəli marşurutdan oğurluq etmişəm. 300 manat dəyərində telefon idi. Düşdüm aşağı, polis əməkdaşları tutdu məni”.
Teymur Hüseynov – Saxlanılan şəxs: “Marşuruta minib Əhmədliyə dostumuzun yanına gedirdik. Polislər bizi tutub bölməyə gətirdi. Dostumun çantasından telefon çıxdı”.
Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gördüyünüz bu şəxslərin digər analoji cinayətlər törətmələri də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya  Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.