OĞRU ALƏMİNİN GİZLİNLƏRİ: Dünyada ən çox qanuni-oğrular hansı ölkədədir? - VIDEO

Baxış sayı:
5935

Qanuni oğru və ya qanunda oğru - dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. 
Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar, və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. Stalin istənilən siyasi müxalifətdən qorxduğu üçün, qanunu oğru institutunu yaranmasında maraqlı idi.
Oxu24.com dünyada mövcud olan qanuni oğrularla bağlı videonu təqdim edir