Oğlunun nikah mərasiminə gedən ana yolda ÖLDÜ
10-11-2019 21:35
Baxış sayı:
2593

İstanbulun Arnavutköy rayonunda yol nəqliyyat hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, minik avtomobili yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölən şəxs Ayşe Gülen Özkan adlı qadın olub. O, qohumları ilə birlikdə oğlunun nikah mərasiminə gedirmiş. Təcili tibbi yardım briqadaları yaralıları xəstəxanaya çatdırıb.