"Oğlumun Meyvezer üzərində qələbəsinə əminəm" - Nurməhəmmədovun atası

Baxış sayı:
7321

Həbib Nurməhəmmədovun atası Abdulmanap oğlunun məşhur boksçu Floyd Meyvezerlə planlaşdırılan döyüşündən danışıb.

Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, qarşılaşmanın yazda keçirilə biləcəyini deyib.

"Floyd özü bizimlə əlaqə saxlayıb. Hər iki tərəfin, həm də ciddi investorların marağı var. Düşünürük ki, döyüş may ayının 4-də Qroznı şəhərinin "Axmat-Arena" stadionunda keçirilsin. Bura 30 min tamaşaçı tutur. Həbib tanınmış boksçularla məşq edir. Hazırlığı pis deyil. Biz Meyvezer-Makqreqor qarşılaşmasının videoyazısına dəfələrlə baxmışıq. Konor 3-4 raund əla mübarizə aparıb. Məncə, Həbib daha yaxşı çıxış edə bilər. Əlbəttə ki, tam başqa stildə döyüşən bir idmançı ilə üz-üzə gəlmək asan olmayacaq. Bununla belə, oğlumun qələbə üçün əlindən gələni edəcəyinə əminəm", - Həbibin atası bildirib.