​“OĞLUMU ÖZÜNÜ ÖLDÜRMƏ HƏDDİNƏ ÇATDIRMIŞLAR” – Göyçay sakini Birinci vitse-prezidentə müraciət edir - FOTOLAR

Baxış sayı:
1744

Göyçay rayonu Hacağabəyli kənd sakini Fətəliyeva Firəngiz Qüdrət qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır ki, oğlu Fətəliyev Anar Tahir oğlu intihar həddinə çatdırıldığı üçün özünü asaraq öldürüb:
“Buna görə, Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlamış cinayət işi üzrə Göyçay rayon prokurorluğunda saxtakarlıqla, qanunszuluqla ibtidai istintaq aparılır. Belə ki, ibtidai istintaqı aparan Göyçay rayon prokurorluğu öz maddi maraqlarına görə, oğlum Anarı özünü öldürmə həddinə çatdırmış bir qrup şəxsi cinayət məsuliyyətindən kənarda saxlamışdır. Hansı ki, oğlum Fətəliyev Anarın intihar həddinə təqsirləndirilən şəxs Məryəm tək yox, onun qızı Günel, oğlu Rizvan və kürəkəni Zaur Nuriyev əlbir olub çatdıraraq, bu cinayəti törədiblər.
 Adların qeyd etdiyim həmin 4 nəfər şəxs 20 iyul 2018-ci il tarixdə oğlum Anarın evinə basqın edib, onu vəhşicəsinə döymüşdülər. Oğlum həmin vaxt ağır xəsarət alsa da Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Göyçay rayon hüquq mühafizə orqan əməkdaşları ilə əlbir olub, cinayət hadisəsinin üstünü ört-basdır etmişdilər. Hətta Göyçay eayon Polis Şöbəsində oğlumu hədələyib demişdilər ki, səni etdiyin əmələ görə həbs edəcəklər və türmədə zorlayacaqlar.
Oğlum Anar vəhşicəsinə döyülüb xəsarət almasına baxmayaraq, günahkarların açıq-aşkar müdafiə olunmasından, həbsə atılıb zorlanması ilə hədələnməsindən vahimələnib intihar etmişdir.
Oğlum Anarı intihar həddinə çatdıran Məryəm, onun qızı Günel, oğlu Rizvan və kürəkəni Zaur Nuriyevlə yanaşı, həmçinin polis əməkdaşları olmuşlar.Bunu isə təsdiq edən konkret və mötəbər subutlar var. Ancaq cinayət işini aparan Göyçay rayon Prokurorluğu bir qrup şəxsi cinayət məsuliyyətindən yayındırıb, qanunsuzluq etmişdir.
Biz bu cinayət işinin Göyçay rayon Prokurorluğunda aparılmasına etiraz edirik. Mənim oğlumu özünü öldürmə həddinə çatdıran Məryəm, onun qızı Günel, oğlu Rizvan, kürəkəni Zaur olmaqla yanaşı, həmçinin polislər olmuşdur. Bunu isə müəyyən etmək çox asan olsa da Göyçay rayon Prokurorluğu qanunları yox, öz şəxsi maraqlarını ali tutub saxtakarlıq, qanunsuzluq edir.
Mən bir ağbirçək ana kimi mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edirəm; Oğlum Fətəliyev Anarın özünü öldürmə həddinə çatdırılması ilə bağlı açılmış cinayət işinin Göyçay rayon Prokurorluğundan alınaraq, ibtidai istintaq aparılması üçün başqa rayon prokurorluğuna verilməsinə tapşırıq verməyinizi və cinayəti törətmiş digər şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi barədə qanuni tədbirlər görməyinizi xahiş edirəm”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.