​"Oğlumdan istifadə edib məndən pul ala bilməzsiz" - Boşanan futbolçudan SƏRT REKSİYA

Baxış sayı:
6262

Bir neçə il öncə  oğlunun anası Asena Atalaydan boşanan futbolçu Caner Erkin sosial şəbəkədəki hesabından paylaşım edərək keçmiş həyat yoldaşına sərt reaksiya verib. 
Muxalifet.az Türkiyə mətbutaına istinadən xəbər verir ki,  Erkin "Heç kim oğlumdan istifadə edərək məndən haqsız mənfəət əldə etməyə çalışmasın" deyə bildirib:
"Keçmiş həyat yoldaşımla boşandığım ilk gündən bu yana oğlum Çınarın yaxşılığı üçün həmişə susdum. Susqunluğumun səbəbi övladıma olan sevgimdir.  Bunu anlamayan insanlar mən susdukca ictimaiyyətdə və sevənlərim yanında haqqımda  mənfi rəy formalaşdırmağa çalışıb və  bundan yararlanmağa çalışıblar. 
Ona görə də son dəfə bu açıqlamanı vermək məcburiyyətində qaldım.  Oğlum Çınarın doğulduğu gündən bu yana bütün xərclərini qarşıladım və qarşılamağa da davam edirəm. Oğlumdan heç bir zaman heç bir şeyi əsirgəmədim. Mən boşandığım xanımı n dabütün ailəsinə sahib çıxdım. 
Bu gün sahib olduqları maddi-mənəvi hər şeyi mənə borclu olduqlarını çox yaxşı bilirlər. Buna baxmayaraq məni məhkəməə verib Çinar üçün 50.000 TL aliment istəyənlər tərəfindən manipulyasiya tələlərinə düşmək istəmirəm. 7 yaşında bir uşaq üçün ayda 50.000 TL alimentin niyə və əsasən kimin üçün istəndiyi barədə rəyləri izləyicilərimin öhdəliyinə buraxıram. 
Haqqında danışılan xanıma aylıq 10.000 TL aliment ödəməyə hələ də davam edirəm. Gənc və sağlam bir insan olaraq işləyib pul qazanmasını ona tövsiyə edirəm və məni artıq narahat etməməlirini  ümid edirəm.
Heç kim oğlumdan istifadə edərək məndən haqsız mənfəət əldə etməyə çalışmasın”.