​"Oğlum atasızlığı hiss etmir" - Günay

Baxış sayı:
622

Model Günay Musayeva bir geyim firmasının gerçəkləşdirdiyi dəfilədə podiuma çıxıb. 
Muxalifet.az axşam.az-a istinadən xəbərverir ki, model daha sonra jurnalistlərin suallarını cavablandırıb.  Günay keçmiş aktyor əri Tolqa Kareldən danışıb. Musyaeva bildirib ki, oğlu Cahangir atasının yoxluğunu hiss etmir:
"Ona həm analıq, həm də atalıq edirəm. Buna görə də atasının yoxluğunu hiss etmir".
Xatırladaq ki, Tolqa Karellə Günay Musayeva 4 illik ailə həyatından sonra 2015-ci ildə boşanıblar. Cütlüyün Cahangir adlı bir oğlu var. Bundan sonra Karel 2016-cı ildə amerikalı Sara Skotla ailə qurub. elə həmin il Çikaqoya köçərək orada turizm şirkəti açıb. Onun Saradan Mia adlı yaş yarımlıq qızı var.