Oğlu üçün Ermənistan vətəndaşlığından imtina edir

Əsli Asanyan: “Xidmət edənlərə belə münasibətə görə mən hamını hərbi xidmətdən imtina etməyə çağırıram”
 
Ermənistanın Gümrü şəhərininin sakini, yezidi kürd, tənha-ana Əsli Asanyan 20 yaşlı keçmiş əsgər oğlunu müalicə etdirmək üçün yaşadığı kiçik evi satanacağını bildirib.
Ermənistan KİV xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi onun əsgərlikdən əlil qayıdan oğlu Artura Asanyanın müalicəsi ilə bağlı müraciətini cavablandırmayıb.
İyirmi üç ay hərbi xidmətdən sonra Əsli Asanyanın oğlu Artur Asanyanı sıravi xidmətə yararsız çıxararq, ordu sıralarından tərxis ediblər.
Məlumata görə, yəzidi kürd ailəsi məsələ ilə bağlı Ermənistanın baş naziri və səhiyyə nazirinə müraciət edib.
“Oğlumu sağaltmasalar 4 övladımla birlikdə Ermənistan vətəndaşlığından imtina edəcəyəm. Etnik azlığın nümayəndəsi kimi xairic ölkənin Yerevandakı səfirliyindən sığınacaq istəyəcəyəm”, - Əsli Asanyan deyib.
O, oğlunu Ermənistan ordusuna sağ-salamat göndərdiyini söyləyib. Tənha qadın bildirib ki, 2016-cı ilin aprelində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki döyüşlərdə oğlu iştirak etsə də, Ermənistan Müdafiə Nazirliyi təmsilçisi bunu inkar edir: “Xidmət edənlərə belə münasibətə görə mən hamını hərbi xidmətdən imtina etməyə çağırıram”.
Qeyd edək ki, 1989-cu ildə Ermənistanda 51 min 976 yəzidi kürd yaşayıb, 2001-ci ildə onların sayı 40 min 620 nəfər olub, 2011-ci ildə isə 35 min 308 nəfərədək azalıb.