​Ofis bağlanarsa, əlaqələri dondurarıq - ABŞ-a təhdid

ABŞ və Fələstin arasındakı münasibətlər getdikcə gərginləşir.
Muxalifet.az xəbər verir ki, ABŞ Dövlət Departamenti, Fələstin Azadlıq Təşkilatının Amerikadakı ofisinin fəaliyyət göstərməsi üçün lazım olan lisenziyanı yeniləməyib.
Fələstin Azadlıq Təşkilatının nümayəndələri ABŞ-ın bu hərəkətinə cavab olaraq, “Ofis bağlanarsa, ABŞ-la əlaqələri dondurarıq” xəbərdarlığını edib.