Öcalanın sağ qolu İsveçrədə sığınacaq gözləyir

Baxış sayı:
6706

PKK-nın terrorçubaşıı Öcalanın sağ qolu olan və qırmızı bülletenlə axtarılan terrorçu Osman Ərdal İsveçrənin Sürix Hava Limanında sığınacaq verilməsi üçün gözlədiyi ortaya çıxıb.
 
PKK-nın strukturunda yer alan və 1998-də Abdullah Öcalan ilə birlikdə Suriyanın paytaxtı Dəməşqdə qalan "Sarı Sadun" kod adlı Osman Ərdal, 9 oktyabrda Cənubi Afrikanın Yohannesburq şəhəri üzərindən Şimali İraqın Ərbil şəhərinə, oradan da Sürixə gələrək sığınacaq tələb edib.
Terrorçu Ərdalın, Cənubi Afrikanın özü üçün təhlükəsiz olmadığını irəli sürərək etdiyi sığınacaq tələbi rədd edilib. İsveçrə Qaçqınlar İdarəsinin rədd qərarı ilə Beynəlxalq Amnistiya Təşkilatı “Amnesty İnternational”, Ərdala sığınacaq verilməsi tələbinə müsbət cavab verilməsinə çağırış edərək imza kampaniyası başladıb.
Öcalanın sağ qolu olan və Murad Qarayılan ilə Cəmil Bayık kimi qırmızı bülletenlə axtarılan 100 terrorçu arasında yer alan Ərdal, Sürix Hava Limanındakı sığınacaq mərkəzində 5 həftədir gözlədilir. Digər tərəfdən, Fransada 18 iyulda həbs olunan Özkan T. adlı PKK-lı terrorçunun dünən Fransa orqanları tərəfindən Almaniyaya ekstradisiya edildiyi bildirilib.
Müxalifət.az