Öcalan və Kandil CHP üçün tutaşdı

Baxış sayı:
3280

Kandildəki terrorçubaşları və HDP həmsədri Demirtaş HDP-yə "Səsinizi İmamoğluna verin" çağırışı etdi. Öcalan "bitərəf olun" dedi. Ümidini HDP tabanına bağlayan və Kandilin dəstək açıqlamasına sevinən CHP təlaşa düşdü.
 
İmralı həbsxanasında məhbus olan terrorçubaşı Abdullah Öcalanın HDP-yə etdiyi "İstanbul seçkisində bitərəf qalın" çağırışı təşkilatdakı liderlik mübarizəsini gün üzünə çıxararkən, ümidini HDP-yə bağlayan CHP-nin də ikiüzlülüyünü ortaya qoydu.
Öcalanın vəkilləri və Tunceli Munzur Universiteti Sosioloji Fakultəsinin rəhbəri dosent Əli Kamal Özcan 18 iyunda Öcalanla görüşmək üçün İmralı həbsxanasına getdi. Terrorçubaşı Öcalan HDP-yə çatdırılması üçün bir məktub göndərdi. Əl yazısıyla qələmə aldığı məktubunda Öcalan HDP-yə "Seçkilərdə bitərəf qalın" deyə çağırış etdi. İstanbulda Əkrəm İmamoğlu ilə birlikdə hərəkət etmə qərarı alan HDP isə məktubu CHP-nin namizədinin səs itirməməsi üçün gizlətdi.
 
GİZLƏTDİLƏR
 
Öcalanla görüşə gedən nümayəndə heyətində yer alan Özcan məktubu srağagün ifşa etdi. Öcalanın onun kitablarını oxuduğunu, görüşmək üçün illər əvvəl müraciət etdiyini, dövlətin də buna müsbət cavab verdiyini deyən Özcan, məktubu açıqladığı üçün HDP-lilər tərəfindən "casus" elan edildi. HDP-li Ziya Pir "Kimsə bu cür yalan xəbərlərə etibar etməsin, HDP-lilərin səsləri İmamoğluna veriləcək" deyərək məktubu yalanlamağa çalışdı. Ancaq görüşdə iştirak edən Öcalanın vəkilləri məktubu təsdiqlədi. Vəkillər məktubun 21 iyun günü bəyan etməsi üçün HDP-yə təhvil verdiklərini bildirdi.
Seçkiyə iki gün qalmış yaşanan bu hadisə həm CHP-ni, həm də seçkidə CHP-nin namizədinə dəstək verəcəyini bəyan edən HDP-ni narahat etdi. HDP həmsədrləri Sezai Təməl və Pervin Buldan ortaq açıqlama verərək məktubu yayımlayan Anadolu Agentliyini "məsuliyyətsizlikdə" ittiham etdi.
Öcalanın HDP-nin qurucu ideya memarlarından olduğunu etiraf edən HDP başçıları, məktubu "təşkilatdakı iqtidar mübarizəsinin əks olunması" şəklində qiymətləndirən dövlət başçısı Ərdoğanı da "HDP və Öcalanı qarşı-qarşıya gətirməklə" günahlandırdı. HDP həmsədləri "HDP-nin İstanbul seçkilərinə yönəlik seçki strategiyasında və taktiki addımlarında bir dəyişiklik söz mövzusu deyil" deməklə, əslində liderləri olan Öcalanın dediyini inkar və imtina ediblər.
 
TƏHRİF ETDİLƏR
 
Öcalanın çağırışıyla səs itirəcəyini düşünən CHP və yandaşları "Öcalana sarıldılar", "Öcalan “kozır”ını dövrəyə buraxdılar" deyərək AK Partiyanı ittiham etdilər. AK Partiya isə iddiaları ən yüksək səviyyədə rədd etdi.
Müxalifət.az