Öcalan Türkiyədə çevriliş olacağını 1 il əvvəldən deyibmiş – Türkiyəni yıxmaq istəyən iki erməni

Baxış sayı:
5666

Fətullah Gülənlə Abdullah Öcalan əməkdaşlığı
Muxalifət.az xəbər verir ki, Türkiyədə Üsra Elönü adlı aparıcının apardığı “Arafa sorular” adlı verilişdə iştirak edən, AKP-nin (Ədalət və İnkişaf Partiyası) Mardindən seçilmiş millət vəkili olan Orhan Miroğlu maraqlı açıqlamalar verib. 
Miroğlu yeni dərc etdirəcəyi kitabda İmralı danışıqları ilə bağlı maraqlı məsələləri işıqlandırdığını bildirərək, orada sülh prosesi ilə bağlı çox az şeyin danışıldığını, lakin terror təşkilatının Suriyada yenidən qurulacağı barəsində çox söhbət getdiyini bildirib.
 
“Terrorçuların sayını 70 min nəfərə çatdırın” təlimatı!
Terrorçuların başçısı, hazırda İmralı adasında həbsdə olan Abdullah Öcalan ilə aparılan danışıqlar və həmin danışıqların kitab halına salınması ilə meydana çıxan bir sıra məlumatlar açıqlanıb. Ocalan çox açıq təlimatlar veribmiş. Məsələn, terrorçuların sayını 50-70 minə çatdırmaq göstərişi verib. Hazırda Türkiyə üçün təhdid olan PYD-nin yaradılması ilə bağlı çox fikirlər səsləndiriri. Onunla görüşməyə gələn HDP heyəti ilə birlikdə terror təşkilatının bütün problemlərini müzakirə edir. Bu danışıqlar içərisində Türkiyədəki sülh prosesi çox yer tutub.
 
Öcalan çevriliş olacağını bilirmiş – Türkiyəni yıxmaq istəyən iki erməni
 
FƏTÖ ilə PKK terror təşkilatlarının arasındakı əlaqə bir daha aşkara çıxıb (qeyd edək ki, Türkiyə mətbuatında gedən bir sıra yazılarda həm Fətullah Gülənin, həm də Abdullah Öcalanın erməni olması barəsində faktlar göstərilir). Miroğlu Öcalanın çevriliş cəhdindən əvvəlcədən xəbərdar olduğunu deyib: “Çevriliş ilə bağlı söhbətlər... Türkiyədə bir çevriliş baş verəcəyini 1 – 1,5 əvvəlcədən Öcalan bildirir. Öcalan çevriliş zamanı PKK-dan da istifadə eiləcəyini deyir, ondan sonra biz birdən-birə xəndək məsələsi ilə qarşılaşırıq. Üstəlik, FƏTÖ tərəfdarı olan qrupun bunu həyata keçirəcəyini deyir... Əlaqə aşkardır. Aleksandr Duqin deyir ki, iyulun 15-də Ərbildə idi. Orada Türkiyəyə daxil olmağa hazırlaşan 3 min nəfərlik PKK ordusu var idi. Bütün bu parçaları birləşdirdiyimiz zaman çox şey ortaya çıxır”.