Öcalan İstanbul seçkilərinə qatılır - SENSASİON İDDİA

Baxış sayı:
5368

Xalqların Demokrat Partiyası (HDP) iyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərinə öz namizədi ilə getməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Habertürk”ün aparıcısı Nagehan Alçı çıxış edib.

Jurnalist bu barədə etibarlı mənbədən dəqiqləşdirilmiş məlumat əldə etdiyini bildirib:
“İstanbul üçün seçkinin nəticələrinin ləğv ediləcəyini ilk dəfə mən demişdim. İndi də bir məlumat əldə etmişəm, HDP 23 iyun seçkilərinə öz namizədi ilıə gedə bilər.
Mənə Abdullah Öcalanın HDP üzərindən öz namizədi ilə seçkilərə qatılacağı barədə məlumat gəlib”.