Obamanın "Oh, sən azərbaycanlısan" dediyi oğlan kimdir?

Baxış sayı:
4924

AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya Təlim Mərkəzinin könüllüləri tərəfindən Azərbaycanca Vikipediyada yeni məqalə yaradılıb.
Hurriyyet.org bildirir ki, məqalə “Antisemitizmə və ksenofobiyaya qarşı mübarizə” gənclər dərnəyinin rəhbəri Siyavuş Derəxti haqqındadır. İsveç hökuməti S.Derəxtinin düşmənçilik və ksenofobiyaya qarşı göstərdiyi fəallığı nəzərə alaraq 2013-cü ildə II Dünya müharibəsi zamanı almanların ölüm düşərgələrindən minlərlə yəhudini xilas edən isveç diplomatın şərəfinə adlandırılan “Raul Vollenberq” mükafatını ona təqdim edib. 2016-cı ildə azərbaycanlı gənc fəal Siyavuş Derəxtinin adı “Forbes” siyahısına daxil edilib.
https://az.wikipedia.org/wiki/Siyavu%C5%9F_Dir%C9%99xti