​Obama tvitter tarixində ilkə imza atdı - 3.1 MİLYON BƏYƏNMƏ

ABŞ-ın sabiq prezidenti Barak Obama atdığı tvitlə gündəmə gəlib.
Muxalifet.az xəbər verir ki, Donald Trampdan sonra tviter sosial şəbəkəsi üzərindən gündəmə gələn ABŞ-ın sabiq prezidenti Barak Obamanın 2 milyon izləyici tərəfindən bəyənilən tviti dünya mediasında müzakirələr səbəb olub.
Daha əvvəl də Londondakı terror hadisələrinə tvitter üzərindən münasibət bildirən Obama bu dəfə Nelson Mandeladan sitat gətirib: "Heç kim bir-birinə dərisinin rəngi, keçmişi və ya dininə görə nifrət etməməlidir".
Obamanın bu tviti 1.3 milyon dəfə paylaşılıb, 3.1 milyon dəfə isə bəyənilib. Bununla da Obamanın Nelson Mandeladan sitatı Tvitter tarixinin ən çox bəyənilən tviti olub(publika.az).