Obama: "Özbəkistan tarixinin yeni dövrü başlayıb"

ABŞ prezidenti Barak Obama prezident İslam Kərimovun vəfatı ilə əlaqədar Özbəkistan xalqına başsağlığı verib.
TASS xəbər verir ki, bu barədə Ağ Evdən yayılmış bəyanatda bildirilir.
"Birləşmiş Ştatlar İslam Kərimovun vəfatı ilə əlaqədar, belə bir ağır gündə Özbəkistan xalqına dəstəyini ifadə edir"- deyə məlumatda bildirilir.
ABŞ prezidenti xatırladıb ki, Özbəkistanın müstəqilliyinin 25 ili münasibətilə Kərimovu və özbək xalqını təbrik edib. Onun sözlərinə görə, Özbəkistan tarixinin yeni dövrü başlayıb.