​Obama İsraili xəbərdar edibmiş: TRAMPA GÜVƏNMƏ...

Baxış sayı:
1288

ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyası vəzifədən ayrılmadan əvvəl yeni seçilən Donald Tramp hökuməti ilə kəşfiyyat məlumatlarının mübadiləsi prosesində ehtiyatlı olması barədə İsrailə xəbərdarlıq edibmiş. Axar.az xəbər verir ki, bu barədə “Yerusalem Post” qəzeti yazıb. Məlumata görə, İsrailə edilən xəbərdarlıqda Trampın Rusiya ilə nə dərəcədə yaxın olduğunun bilinmədiyi üçün ötürülən hər hansı kritik informasiyanın Rusiyaya və onun vasitəsilə də İrana sızdırılma ehtimalı olduğu vurğulanıb. ABŞ-ın milli təhlükəsizlik məsələri üzrə keçmiş müşaviri Süzan Raysın İsrailin kəşfiyyat idarəsinə göndərdiyi elektron məktubda gələcək hökumətlə xüsusən Rusiya ilə bağlı informasiya mübadiləsində ehtiyatlı olmağın əhəmiyyəti qeyd edilib. Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Trampın İŞİD-in elektron cihazlarla silsilə teraktlar törətməyə hazırlaşdığı barədə İsrailin ötürdüyü informasiyanı Rusiyaya çatdırdığı iddia edilmişdi.