“O videoları Putinə göndərdim” – ƏRDOĞANDAN SENSASİON AÇIQLAMA

Baxış sayı:
4300

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəqiqələrdə jurnalistlərin suallarını cavablandırır.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan ABŞ-Rusiya arasındakı münasibətləri şərh edərkən deyib: “Bölgədə suların isinməsi haqda xəbərlər hələ doğru deyil. Putinə Dumadan əks olunan görüntüləri göndərdim”.
Türkiyə prezidenti daha sonra bildirib: “İstər hörmətli Putin, istər də hörmətli Trampla danışıqlarımda Suriya məsələsi ağırlıq təşkil edirdi. Suriyada qısa müddətdə barışın əldə olunması ilə bağlı fikirlərimi söylədim. Əsasən üzərində durduğumuz mövzu bölgədəki suların isinməsi üçün barışın əldə olunmasıdır. Kimyəvi silah məsələsində koalisiya güclərinin yanaşması haqlıdır. Hazırda siyasi gəlişmələrdə havanın nisbətən yumşalması da hiss olunur”.

Muxalifet.az