"O səs Türkiyə"də gözlənilməz ayrılıq - Bu müğənni yarışmanı tərk etdi

Baxış sayı:
8104

Türkiyənin “Tv8” kanalında yayımlanan və ölkəmizdə maraqla seyr edilən “O səs Türkiyə” yarışmasının jüri heyətində dəyişiklik edilib.

Publika.az xəbər verir ki, 5 ildir jüridə iştirak edən müğənni Gökhan Özoğuz yeni mövsümdə yarışmada olmayacağını bildirib.

Müğənni proqramdan ayrılığı ilə bağlı bu sözləri deyib:

“Məni olduqca həyəcanlandıran bir layihə ilə paralel zamanda başlayacaq albom işləri və konsetlərdən dolayı 5 ildir iştirak etdiyim “O səs Türkiyə”də yer almayacam. Bütün komandaya, Acun Ilıcalıya və jüri yoldaşlarıma təşəkkür edirəm”.

Gökhan Özoğuzun ayrılması ilə “O səs Türkiyə”nin reytinqinin düşəcəyi ehtimal edilir. Çünki müğənni jüri heyətinin ən maraqlı nümayəndəsi hesab edilirdi və zarafatları ilə izləyicilərin rəğbətini qazanırdı.

Xatırladaq ki, layihənin rəhbəri və yarışmanın aparıcısı Acun Ilıcalı bir müddət öncə təcrübəli aparıcı və şoumen Bəyazid Öztürkü kanalına transfer etdiyini açıqlamışdı. Onun jüri heyətində yer alacağı bildirilir.