“O, əslində atam deyil, şeytan idi” - ATASINI ÖLDÜRƏN OĞUL / FOTO

Baxış sayı:
2730

Türkiyənin Antalya şəhərində baş verən qanlı cinayət hadisəsi böyük şok yaradıb. Belə ki, atasının başını divara vura-vura qətlə yetirən oğul ittihamları qəbul etməyərək, əslində “şeytanı öldürdüyünü” deyib.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Bildirilib ki, 80 yaşlı ukraynalı Yuri Darmenko və 24 yaşlı oğlu Maksim Darmenko arasında qaldıqları oteldə gecə saat bir radələrində dava düşüb. Oğul atasını döyməyə və başını divara vurmağa başlayıb. Səs-küyə və atanın yardım qışqırıqlarına otel əməkdaşları gəlib, hadisə yerinə polis çağırılıb. Amma onlar gələnə kimi gec olub, kişi ölüb.

Maksim Darmenko - Ukraynalı turis

Maksim dərhal həbs olunub. Lakin o, məhkəmədə ittihamları qəbul etməyərək belə deyib:

“Bir kişi və bir qadın mənə yaxınlaşdı. Çox güclü idilər. Mənə bildirilər ki, o, əslində atam deyil, şeytandır və məni inandırdılar. Mən bir işıq gördüm və nə edilməsi lazım olduğunu başa düşdüm... Atamı öldürməyimlə bağlı iddianı qəbul etmirəm”.

Araşdırma nəticəsində məlum olub ki, Maksim şizofreniyadan müalicə olunur.(oxu.az)