“O, nə qədər ki, ölkədən qaçmayıb, şikayətim yenidən arşdırılsın” - TANINMIŞ CƏRRAHDAN BAŞ PROKURORA MÜRACİƏT

Baxış sayı:
3547

Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərovun “Regal” MTK tikinti şirkəti tərəfindən Nəsimi rayonu, N.Yusifbəyli küçəsindəki 25/27 nömrəli evinin söküldüyü haqda məlumat vermişdik. Qeyd etmişdik ki, evinin qanunsuz olaraq uçurulmasına rəğmən, qarşılığında kompensasiya ala bilməyən Q.İskəndərov uzun müddətdir haqqının bərpa olunması istiqamətində mübarizə aparır.
Xatırladaq ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da sözügedən tikinti şirkətinin rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan darmadağın edilib. Bununla bağlı Muxalifet.az saytı vasitəsilə dəfələrlə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara, hətta Səudiyyə Ərəbistanının Kralına və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Rusiya prezidenti Vladimir Putinə müraciət etsə də, Q.İskəndərovun şikayətinə hələ də baxan yoxdur.
Q.İskəndərov saytımız vasitəsilə növbəti dəfə Azərbaycan Respublikasının Baş prokuroru  Kamran  Əliyevə müraciət edib. Həmin məktubu olduğu kimi dərc edirik:
“Hörmətli  Kamran  müəllim!
16 may 2017-ci il tarixdə “Regal” MTK tikinti şirkəti tərəfindən razılaşma olmadan və müvafiq məhkəmə qərarı olmadan 2 mərtəbəli və bütün qeydiyytat sənədləri olan evim qanunsuz olaraq sökülərək, darmadağın edilib. 4 il Nəsimi rayon prokuroru Salman Məmmədli tərəfindən hüquqlarım müdafiə edilmədiyi üçün kompensasiya ala bilməmişəm. Ev söküləndən bir neçə gün sonra mənim iştrakım olmadan saxta səndələşmə olub, saxta müqavilə heç bir mülkiyyət hüququ olmayan şəxslər tərəfindən aparılıb.
59 saylı mənzil istismar sahəsinin rəisi Ələsgər Rüstəməv və pasport qeydiyyatçısı Zərifə Salahova öz izahatında saxta 2 sayli arayış verdiklərini Nəsimi rayon prokurorluğuna yazılı etiraf etdib. Həmin saxta arayışla 13 saylı dövlət notarusu Kəmalə Hüseynzadənin qanunsuz hərəkətlərindən prokurorluğa şikayıtim təmin olunmadı. MTK-nın əməkdaşalrı təərfindən mənim daşınmaz əmlak hüquqların pozulması üçün hüquq mühafizə orqanlarına 100000 manatdan çox rüşvət verdiyi barədə şöhbətlər var. Əmlak hüquqlarımın müadfiəsi üçün Azərbaycan Respublikasının Prezidentinə, Rusiya Federasiyasının Prezidentinə, Səudiyə Ərəbistanın Kral həzrətlərinə və Türkiyə Rüspublikasının Prezidentinə rəsmi və açıq məktubla müraciət etmişəm. Nönbəti apellasiya və Ali  məhkəmədən sonra Avropa məhkəmsinə müraciətim barədə dəfələrlə bəyan etmişəm. Eyni zamanda Nəsimi rayonu icra başçısı Asif Əsgərov da mənim Avropa məhkəməsinə müraciət etməyimi tövsiyyə etmişdir.

Qafar İskəndərov

Prokurorluq orqanlarında aparılan kadr dəyişikləri vətəndaşlar arasında sikayətlərin düzgün ararılacağına dair ümüdlər yaradır. Lakin məni əmlak hüqularımın bərpası işimdə müsbət nəticə yoxdur və sikayətlərin düzgün araşdırılması köhnə qayda ilə  hətta daha pis şəkildə davam edir.
Nəsimi rayon sabiq prokuroru Salman Məmmədli təqaüdə göndərilmişdir. Salman Məmmədli nə qədər ki, ölkədən qaçıb getməyib və dünyasını dəyişməyib, mənim şikayətimin yenidən arşdırılması üçün və Salman Məmmədliyə qarşı cinayət işinin açılmasına, həmçinin Dövlət notariusu Kəmalə Hüseynzadəyə və “Regal” MTK nın təsisçilərinə, iş icraçılarına, 59 saylı MİS-in rəisi Ələsgər Rüstəməva, pasport qeydiyyatçısı Zərifə Salahovaya qarşı cinayət işinin açılmasına göstəriş verməyinizi və məni şəxsən qəbul etməyinizi xahiş edirəm”.
 
Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.