​"O əlini sındırıb ayağının altına atarlar..." - Müğənni ilə aşıq arasında gərginlik - VİDEO

Baxış sayı:
11902

Müğənni Sabina Selcanla aşıq Namiq arasında gərginlik yaranıb.
Muxalifet.az big.az-a istinadən xəbər verir ki, ifaçı rəfiqəsi Şəbnəm Tovuzlunun ad günündə məclisə sonradan daxil olub və aşıq Namiqə salam verib. Namiq isə xanım ifaçının əlini sıxarkən artıq hərəkət edib. Bu isə müğənnini özündən çıxarıb.
O, yaydığı videoda bildirib:
"Aşıq Namiq eşitmişəm hər kəsə hədə-qorxu gəlirsən və ya pul gücünə bu videonu sildirirsən, amma nahaq. Sənin qabağında uşaq yoxdu. Qadınları aşağılamaq olmaz. Mən mədəniyyət xatirinə məclisə sonradan daxil oldum sənə də əl uzadıb, salam verdim. Əl hərəkəti etmək sənin tərbiyəsizliyindir. Mən buna susmadım. Etiraz etdim ki, yerini biləsən. Deyirsən Sabina mənlə reklam olur, ay kişi, sən Faiq Ağayevsən, Röyasan, ya bəlkə bilmirəm Aygün Kazımovasan? Özün orada jurnalistlərə deyirsən niyə məndən yazmırsız? Amma mənim elə problemim yox, şükür Allaha. Bir az da əsəbləşdirsən yumacam gözümü, açacam ağzımı. Unutma, qarşında gücsüz qadın yoxdu əzib keçəsən, əlimin içini qıdıqladığın o əlini sındırıb ayağının altına atarlar. Ağıllı ol!"
Aşıq Namiq isə cavabında "Sən mənlə reklam olursan, sən mənim səviyyəmdə deyilsən ki, cavab verim" deyib.