“O, köhnə fikirli əsəbi qız kimidir” - Həbiblə Konor yenidən üz-üzə gələcək?

Baxış sayı:
10563

UFC çempionu rusiyalı Həbib Nurməhəmmədovun Konor Makreqorla  yenidən qarşılaşa biləcəyi haqqında söz-söhbətlərə Həbibin meneceri meneceri Əli Əbdül Əziz aydınlıq gətirib.
Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, revanşın baş tutmayacağını bildirib və Həbibin Konoru bir dəfə məğlub etməsini yada salıb:
“Konor heç kimi istəməyən köhnə fikirli əsəbi qız kimidir. İndi heç kim ona ehtiyac duymur. Onun haqqında danışmaq istəmirik. Niyə? Çünki Həbib artıq onu məğlub edib”.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında Həbib Nurməhəmmədov irlandiyalı Konoru məğlub edərək UFC çempionu olub.