O BÖYÜK GÜN MÜTLƏQ GƏLƏCƏK! - Və yaxud biz niyə Mirzə Cəlilin, Sabirin qəhrəmanları olmaqdan çıxmamışıq?

Baxış sayı:
8122

Bir türk atalar sözündə “Aslan yatdığı yerdən bəlli olur” deyirlər. Bir halda ki, biz də şərqliyik, azərbaycanlıyıq və ən mühümü müsəlmanıq, aslanın alicənablığından nümunə götürək. Nədənsə “Azərbaycan” kəlməsi ilə başlayan istənilən sualı cavablandırmaq istəyəndə Mirzə Cəlilin məşhur “Azərbaycan” məqaləsini dönə-dönə oxuyuram: “Vətəni sevmək təbii bir şey... Vətən də ibarətdir vətəndaşlardan”. Bütün hallarda mövcud ictimai-siyasi, psixoloji duruma nəzər yetirməklə, ona insan və vətəndaş müstəvisində yanaşmaq lazımdır. İnsanın mövcud ictimai-siyasi vəziyyəti onun malik olduğu azadlıqla müəyyən olunur. Klassik ədəbiyyatda insanın ruh aləminin təsəvvürünü Sekspir və Dosteyevski öz əsərlərində insan faciəsini çox aydın təsəvvür edir. Belə ki, insanın şəxsiyyətini diqqətə almayan birinin həqiqi bir şəxsiyyət olduğu halda, sadəcə kütlə üzvü görmək istəyən bir sistemin qaranlıq istiqamətinə hərəkət etdiyini göstərmişdi. Gənclik illərində televiziyada dəhşətli bir süjet görmüşdüm, mənasını çox-çox sonralar anladım; - bir kolumbiyalı rəssam sağ əlinin barmaqlarını kəsib öz qanı ilə divara etirazlarını yazmışdı. İndi bu hadisənin üzərindən nə qədər çox vaxt keçsə də, bu protest qarşısında bir o qədər də çox baş əyirəm. Bu sferada fəaliyyət göstərmək bir yana, hətta düşünmək azadlığından belə məhrum olunduğum bir cəmiyyətdə yaşamaq çox ağırdır. Vətən, millət, namus adı dayanacaqlardan olmayan bir qatarda yol getmək məcburiyyətindəyik. O qatar da ölüm, intihara bərabərdir. Hər iki halda vətəndaşı yox olmaq təhlükəsi gözləyir. Ölkəmizin psixoloji durumuna nəzər salsaq, görərik ki, intihar hallarının statistikası cəmiyyətin iflic vəziyyətdə olmasının, fəlakətinin göstəricisidir. Mən bir yazı-pozu adamı kimi iki intihar növü bilırəm. Biri ölümə qalib gəlib ölümü öldürmək, bir də ölümə təslim olmaq, cəmiyyətdən canını qurtarmaq yoludur. Və bu yol millətin taleyini şərtləndirən qorxulu yoldur. Gün kimi aydındır ki, insanların depressiyaya düşməyi ictimai-siyasi vəziyyətdən daha çox, psixoloji amildir. Analitiklərin tədqiqatına görə, bütün dünyada depressiya halları çoxalıb. Yaşadığımız mühitdə hakim zümrənin biganəliyindən yaranan məsuliyyətsizlik insanlarda inamsızlıq aşılayır. Döğrudur, məsuliyyət hissi bütün canlılar arasında sadəcə insana məxsus bir hissi öz daxili aləminin zənginliyinə görə mənimsəyir, dərk edir. Kiminsə məsuliyyət hissininin aşağı və ya heç olmaması onun daxili aləminin göstərcisidir. Bu səpkili insanların məsulliyyətdən danışmağı rədd etməsinin əsas səbəbi birmənalı olaraq elə budur. Və ən mühüm amillərdən başlıcası da dünyada baş verən qloballaşma ilə bağlıdır. Dünya hansı sürətlə qloballaşmaya doğru gedirsə, insan da elə həmin surətlə tənhalaşmağa doğru gedir. Ölkəmizin varlı-kasıb olmağından asılı olmayaraq, divarların gündən-günə necə hündürləşdiyini görürük! Divarların hündürlüyü artdıqca insanların öz içlərinə nə cür çəkildiyi göz qabağındadır... İnsanı əzəl ictimai-siyasi və sosial vəziyyətini də bunun üstünə gələndə fəlakət olur. Bəşər tarixinin bütün zamanlarında “iblis Allahla vuruşub. Savaş meydanı insanların qəlbidir”. Bu savaşda insan kimin tərəfində duracaqsa, o, qalib gələcək. Allahın tərəfində durmaqdan gözəl şey yoxdur. Bu konteksdə cəmiyyətin müqaviməti sındırılmış bir vəziyyətdədir. Belə olmasaydı, son 100 ildə millət kimi formalaşmışıqsa, Xudayar bəy zoğal ağacını Məmmədhəsən əminin eşşəyinin pulu ilə dəyimi möhürə nə cür çevirib? Zeynəb ondan nə cür qurtulub? Hər gün biznesmenin yatağına nə cür düşüb? Və əgər biz millət kimi formalaşmışıqsa, niyə yenə elə Mirzə Cəlilin, Sabirin qəhrəmanları olmaqdan çıxmamışıq? Bu yerdə ki, əstafurullah, deyən olsa ki, Allah Allah olmaq istəmir,onda bəndə də yoxdur, millət də! Dəyərlər bəşəri olduğundan onu Şərq-Qərb dəyərlərinə ayırmaq olmaz. Avropanı ideallaşdırıb, Şərqi aşağılamaq indi bir növ paltar kimi moda halına düşüb. Homoseksuallığı, narkomaniyanı azadlıq kimi qələmə verib, qanun şəklinə salmaq dəyər deyil. Qanundan kənar izdivacı Valentinin adında bir keşişin adına məhəbbət abidəsi kimi ucaldan Avropanın bütün həyatını islam əleyinə mübarizə aparan Babəkə məscidlərin yanında heykəl qoyan Şərqdən heç bir fərqi yoxdur. Bu, bir inəyə müqəddəs baxılan hindlinin qayıdıb minməyinə oxşayır. Vyetnamda ölüsünü baxçasında basdıran vyetnamlı ilə ölməmişdən əvvəl özünə bahalı məzar qazdıran azərbaycanlının, ölüsünü yandırıb külünü “Qanqa”ya tökən hindli ilə ölüsünü qutuda dəfn eləyən fransızın son nəticədə ölüdən hansı yolla olur-olsun qurtarmaq istəyi durmurmu? Min illər boyunca dəyişən üsullar, dəyişməyən nəticələrin reallığıdır. Hər xalq bu nəticəni istədiyi kimi romantikləşdirmık istəyir. Əsl mətləbdə ölüm danılmayan reallığın romantizmidir. Bir vaxtlar Avropaya vurğunluğu ilə seçilən Kertsen haqqında səhv etmirəmsə, Dostoyevski deyirdi ki, o, Rafaelin Madonnasına tamaşa eləyəndə, musiqini dinləyəndə, Tolyaninin rəqslərini seyr eləyəndə bu ğözəlliklər üçün göz yaşı axıdırdı. Ancaq o, Rusiya ilə nəfəs alırdı. Rusiya nə qədər çirkab içində olsa da Avropa heyranlığı Dostoyevskini heç vaxt ovsunlamırdı. O deyirdi ki, Boradino vuruşması günündə vətənin müqəddaratı həll olunarkən bir rusun yunan mifalogiyası ilə məşğul olması ayıbdır. Bu aspektdə təhqir olunmuş bir məmləkətin gənclərinin Avropa sevgisi mənim üçün anlaşılan deyil. Bu kimi kriteriyalardan mayası yoğrulan gənclərin keçmişə etinatsızlığı bizi incitməyə bilməz. Bu kimi kriteriyalardan mayası yoğrulan keçmişə etinasızlığı bizi incitməyə bilməz. Füzulini, Nəsimini, Nizamini, Sabiri, Şah İsmayılı nə cür sevməmək olar? Gənclərin bu hərəkətlərinin səbəbi, siyasi adamlardan imtina eləmək cəhdi, özlərini onlarla müqayisə eləyib təsdiq eləmək cəhdidir. Bu yol uçrumdur, kütləşmədir. Onların əvvəlki fikir və siyasət adamları onlar üçün nə qoyub gediblər? Bölünmüş bir vətən, mədhiyyə ilə dolu bir ədəbiyyat , yaltaqlıq, satqınlıq və daha nələr, nələr... Azərbaycan ziyalısı susur. Özü də ucadan susur. Azərbacan ziyalısının başını kəssələr də susur. Hər kəs sözünü nəyəsə satıb, öz sözü ilə alver edir. İnsanların içlərisindəki həqiqəti ifadə edə, danışa bilmirlər. Hərə bir tikə çörəyin çatısını salıb böğazına. Necə danışsınlar? Danışanlara zəng edib deyəcəklər ki, biz sən bu qədər yaxşılıq eləmişik, bəs sənin dediyin nədir? Yaxud da heç bunu demədən başqa cür cəzalar tətbiq edəcəklər. Ölkədə bir tikə çörək imtahanı var, insanlar çörəklə imtahana çəkilir. Əlbəttə, onları qınamaq da olar. Amma bir tərəfdən də başa düşürsən ki, bu insaları bu vəziyyətə salan mənliklərini öldürən, şəxsiyyətlərini məhv edən sistemi qınamaq lazımdır. Cəmiyyət hər zaman stimulla yaşayır. Əgər vicdanlı olmaq, şəxsiyyətlı olmaq, həqiqəti qorxmadan ifadə edib hörmətli olmaq, yaxşı yaşamaq stimullaşıbsa, onda insanları qınamaq bir qədər çətin olar. Bizim istəyimiz də elə budur. Son illər ərzində ölkəmizin nələr itirdiyini sadalasaq, bu böyük siyahı olar. Amma itirilənlərin ən böyüyü mənəviyyət və əxlaqdır. Bir var haqsızlığa etiraz etmək, müqavimət göstərmək, insanın içindən-genindən gəlsin, bir də var ki, insanlar bir qədər zəif olur, onlar özləri üçün lider axtarırlar. Belələri kiminsə ətəyindən yapışsınlar. Həmin o ətək axtaran əllərin ətəyi kəsildi. Ona görə də onlar özlərini başqa tərəfə çevirdilər. Siyasət cəmiyyət və ziyalı! Standart siyasi analizm çərçivəsindən bir qədər kənara çıxsa da, indi bu vacib məsələdir. Ən azı ona görə ki, bəlkə döğrudan da son sözü elə Mirzə Cəlil deyib?! Cəmiyyət, insanları və qaydaları dəyişmək istəyən Azərbaycan ziyalılarının son aqibəti elə “ölülər”dəki İsgəndərin taleyidir! İçimizdəki iman evinin minarəsi kədərdən olsa da, gələcəyə ümidlə baxmaq lazımdır. Bizim güclə tab gətirdiyimiz zaman millətin taleyində andı keçib gedəcək. Hər şeyə gücü çatanların zamana gücü çata bilməz. Çünki zaman Allahın ölçüsüdür. O böyük gün mütləq gələcək. Zamansa öz axarındadır. Əlizadə Nəhmədağaoğlu, Muxalifet.az