O, ABŞ səfirinin əlini sıxmaqdan imtina etdi

Bosniya və Hersoqovinanın tərkibində yer alan Serb Respublikasının Prezidenti Milorad Dodik ABŞ-ın Sarayevodakı səfiri Morin Komanın nasizm qurbanlarının şərəfinə təşkil olunmuş tədbirdə əlini sıxmaqdan imtina edib.
Bu barədə informasiyanı “Blic” qəzeti yayıb. Maraqlı məqam odur ki, serb lider tədbir zamanı hər kəslə, hətta özünün ən sərt opponentləri ilə də görüşüb.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bundan öncə Dodikə qarşı Deyton razılaşmasına əməl etmədiyi üçün sanksiyalar tətbiq edib. Dodik Rusiya ilə çox sıx əlaqələrə malikdir.