​Nyu-Yorkdakı hadisənin səbəbi açıqlandı

Baxış sayı:
746

Nyu-Yorkdun Bronks rayonunda yaşayış binasında baş verən yanğının səbəbi açıqlanıb.
Muxalifet.az-ın məlumatına görə, şəhərin meri Bill de Blazio bildirib ki, yanğına səbəb uşağın qaz plitəsi ilə oynaması olub: "Hazırda, biz, təəssüf ki, hesab edirik ki, yanğına səbəb binanın birinci mərtəbəsində azyaşlı uşağın qaz plitəsi ilə ehtiyyatsız oynaması olub".
Qeyd edək ki, ötən gün Nyu-Yorkda yerli vaxtla saat 19:00-da Bronks rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində 12 nəfər həlak olub.