​Nyu Yorkda dəhşətli partlayış: 75 yaralı...

ABŞ-ın Nyu York şəhərində yerləşən “Verla İnternational” kosmetika fabrikində ard-arda baş verən partlayışlar nəticəsində təxminən 75 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “MidHudson Nyus” informasiya yayıb.
Məlumata görə, hadisə yerinə xeyli sayda təcili yardım və yanğınsöndürmə əməkdaşları cəlb olunub. Rəsmilər yaxınlıqda yaşayan əhaliyə yanğından meydana gələn zəhərli qazların havaya yayılması ilə bağlı xəbərdarlıq edib.