Nyu-Yorkda böyük partlayış

Baxış sayı:
5409

Nyu-Yorkunn ən məşhur səmti Manhettanda bir partlayışın meydana gəldiyi bildirilib. Partlayışdan sonra yaralıların olduğu bildirilir.
 
Partlayışın “Times” Meydanı yaxınlığında bir avtobus terminalında baş verdiyi ifadə edilib. “Reuters” xəbər agentliyi, Nyu-York yanğınsöndürən maşınlarının liman zonasında bir yanğına müdaxilə etdiyini bildirib.
Hadisədə yaralananlar olduğu bildirilib. Partlayış avtobus terminalı ilə metro xətti arasındakı keçiddə boru tipli bir bombanın partlaması səbəbilə baş verdiyi bildirilib.
Hadisə ilə bağlı bir nəfər saxlanılıb. Nyu-Yorkdakı bəzi metro xətlərinin müvəqqəti olaraq boşaldıldığı bildirilib.
Müxalifət.az