“Nyu York Times” Türkiyə-Rusiya yaxınlaşmasından yazdı

Baxış sayı:
667

“New York Times” qəzeti S-400 müdafiə sistemi razılaşmasıyla Türkiyənin ABŞ ilə Rusiya arasındakı əlaqələrin necə şəkilləndiyini yazıb.
 
Xəbərdə, Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemini satın almasıyla Ankaranın müttəfiqi Vaşinqton ilə əlaqələrinin gərildiyini, Moskva ilə isə həm ikili əlaqələrin inkişaf etdiyi, həm də Suriyadakı müharibənin sona çatmasında Türkiyə ABŞ ilə tərs düşərkən, Rusiya ilə isə müttəfiqlik etdiyi ifadə edilir.
Qəzet ABŞ prezidenti Donald Tramp rəhbərliyinin Rusiyanın dövlət başçısı Vladimir Putinlə müqayisədə, Türkiyəyə daha məsafəli qaldığını, Putinin isə ticarət və bölgədə əməkdaşlıq ilə daha isti əlaqələr qurduğunu yazır.
“New York Times” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi diplomatiya ilə bağlı bu ifadələri qeyd edib: "Ərdoğan 17 illik iqtidarı boyunca Türkiyəni Çin, Rusiya, Avropa Birliyi və ABŞ ilə rəqabət edə biləcək qədər daha güclü, beynəlxalq arenada da daha müstəqil bir aktyor halına gətirməyə çalışdı. Bunu edərkən də müttəfiqlərini uzaqlaşdırma bahasına mənfəətləri üçün tərəfləri manipilyasiya etməkdən çəkinmədi. İkitərəfli qurduğu əlaqələr ilə kimin tərəfində olduğu mövzusunda Avropa ilə Amerikanı təəccübləndirdi. Bunun cavabı qısadır, öz tərəfini tutur. Razılaşmanın altında yatan səbəb Ərdoğanın 2016-da aralarında Ərdoğanın yaxın yoldaşlarının da olduğu 200-dən çox Türkün öldüyü çevriliş cəhdindən Vaşinqtonu məsul tutduğu dərin dövlət şübhəsi ola bilər".
“New York Times” Rus havadan müdafiə sistemi S-400-ün satın alınmasıyla ABŞ ilə Türkiyə arasındakı əlaqələr qopmasa da, "yenidən şəkillənə bilər" deyə yazır və razılaşmanın Ərdoğanın "müstəmləkəçi Qərbli güclərə qarşı müstəqil və güclü bir Türkiyə meydana gətirmə mövzusundakı dayanıqlılığını göstərdiyi" şərhini edir.
Müxalifət.az