“Nyu York Times” Mursi ilə Mübarək-I müqayisə etdi

Baxış sayı:
205

“New York Times” qəzetində dərc olunan "Məhəmməd Mursi səs keçirməyən bir qəfəsdə öldü: Bu 6 illik qəsdli və davamlı zülm bizə Sisinin Misirini izah edir" başlıqlı məqalədə də "Misir məhkəmələrində şübhəlilər qəfəslərdə tutulur. Bu alçaltmalar qəsdlə edilir. Mursinin bu şəkildə hörmətdən salınmasını dəstəkləyən səssizlik də bu anda Misiri idarə edən hərbi rejimin quldurca rəftarına uyğun bir üsuldur" fikrinə yer verilib.
 
Məqalənin müəllifi Mona Eltahawy "Mursinin seçilməsinin yolunu açan inqilabdan bu yana haradasa hər gün, əvvəl öləcəyini düşündüyüm keçmiş dövlət başçısı Hüsnü Mübarəkin ölüm elanı qaralaması üzərində çalışdım, amma Mursi 67 yaşında ölərkən, Mübarək indi 91 yaşındadır və həm sağ, həm də azaddır . İkisinin uyğun olmayan qədərləri bu gün Misiri xəstə edən bir çox hekayəni izah edir" deyə yazısında bildirib.
Mursinin 6 il boyunca həbsxana müdirinin "içəri girənlər ölmədikcə, bir daha çıxa bilməzlər" dediyi yüksək təhlükəsizlikli, siyasi məhkumlar üçün hazırlanmış bir həbsxanada tutularkən, Mübarəyin isə rahat bir hərbi xəstəxanada tutularaq saxta şəkildə mühakimə olunmasına vurğu edən Eltahawy, "Mövcud hərbi idarəçilər Hava Qüvvələrinn başçısı Mübarəyin özlərindən biri olduğunu əsla unutmadı" deyə qeyd edib.
 
"Mursinin mikrofonunu bağlayan güclər, ölkədəki milli vicdanı da bağlamış kimidir"
 
Eltahawy Mübarəyin Ərəb baharı əsnasında ona qarşı edilən etiraz nümayişlərində 900 adamın ölümündən məsul tutulmadığı kimi, bu an ölkənin başındakı Sisinin də etdiyi çevrilişə qarşı günlərlə davam edən etirazlar əsnasında həyatını itirənlər üçün hesab sorulmadığına diqqət çəkilib.
Eltahawy məqalədə bu ifadələrə yer verib:
"Bu günə qədər Misir müasir Misir tarixində tək bir gündə ən az 817 adamın öldürüldüyü ən pis kütləvi qırğının şübhəlisini diqqətə almadı. Məhkəmə salonunda olan səs keçirməz qəfəsin içində Mursinin mikrofonunu bağlayan güclər, ölkədəki milli vicdanı da bağlamış kimidir. Misirin Qərbli müttəfiqləri də bu ortaq yaddaş itkisində Sisi ilə əməkdaşlıq edir".
Müxalifət.az