​Nyu York teraktını törədən türk çıxdı: 8 ölü, 12-dən çox yaralı

Hadisəni törədən şəxsin Özbəkistan vətəndaşı olduğunu bildirilir
Nyu-Yorkda sürücünün yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 12-dən çox yaralının olduğu bildirilir.
Muxalifət.az TASS-a istinadən xəbər verir ki, bunu meqapolisin meri Bill de Blazio mətbuat konfransında deyib.
Polisin rəsmi məlumatına görə, cani bir saatlıq icarə götürdüyü yük maşını ilə velosipedçilər üçün ayrılmış zolağın hərəkət hissəsinə çıxıb və qarşısına çıxan hər kəsi vurub. Şübhəli şəxs saxlanılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi hücumu tək təşkil edib. KİV saxlanılan şəxsin Florida ştatında yaşayan Özbəkistan vətəndaşı Sayfullo Saipov olduğunu yazır. Şəhər rəhbərliyi isə rəsmi olaraq şübhəli şəxsin kimliyini açıqlamır.
Hakimiyyət dairələri kişinin qəsdən bu əmələ əl atdığını hesab edirlər və bunu terror aktı adlandırıblar./report/