Nyu-York metrosunda AKSİYA: Şalvarını çıxaran vaqona mindi - FOTOLAR

Baxış sayı:
7030

ABŞ-da ənənəvi “Şalvarsız metro səfəri” aksiyasının sayca 18-cisi baş tutub.
 “Ölkə.Az” xəbər verir ki, Nyu-Yorkda başlayan və dünyanın onlarla şəhərinə yayılan aksiyaya bu il də maraq böyük olub. Nyu-Yorkla yanaşı Berlin, Amsterdam, Praqa və London kimi şəhərlərdə minlərlə şalvarsız sərnişin metrolara enib.
Nyu-Yorkda tempratur mənfi 5 dərəcə olsa da, aksiya iştirakçıları metroda şalvarlarını çıxarıblar. Yarıçılpaq metroya minən aksiya iştirakçıları insanların diqqətini cəlb edib. Polis aksiya iştirakçılarına müdaxilə etməyib.