"Nəyə görə biz yaş həddini 65-ə qaldırmışıq..." - Millət vəkili

Baxış sayı:
10042

Vahid Əhmədov pensiya islahatlarını tənqid etdi
“Azərbaycanda qadınlar və kişilərin pensiya yaş həddini eyniləşdirdik. Bu, dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Son 10 ildə yaşa görə pensiyaya çıxmanı 2 dəfə dəyişmişik. Ölkədə pensiya islahatlarının müsbət nəticəsini görmürəm”.
Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
O, bildirib ki, pensiya sistemi haqqında qanuna yenidən baxmağa ehtiyac var: “Təklif edirəm ki, pensiya yaşı ilə əlaqədar məsələyə çox ciddi baxılsın. Ölkələr var ki, orada bir işləyənə bir pensiyaçı, Azərbaycanda isə bir pensiyaçıya 3 nəfər işləyən düşür. Nəyə görə biz yaş həddini 65-ə qaldırmışıq. Qadınlar üçün isə heç başadüşülən deyil”.