Nəvaz Şərif həbs edilir – QƏRAR VERİLDİ

Pakistan Ali Məhkəməsi keçmiş baş nazir Nəvaz Şərifin həbsinə order verib.
Bu barədə informasiyanı Pakistan mətbuatı yayıb. Şərifin həbsinə orderin verilməsinə onun öz məhkəmə prosesinə gəlməməsi səbəb olub.
Şərifin vəkilləri bundan öncə eks-baş nazirin məhkəməyə həyat yoldaşı Begüm Gülsümün xəstəliyi ucbatından gələ bilməyəcəyini söyləsələr də, məhkəmə xahişi qəbul etməmişdi.
Pakistan mətbuatı isə artıq Şərifin ölkədə olmadığı haqqında informasiya yayıb. Onun Səudiyyə Ərəbistanına qaçdığı iddia edilib.
Qeyd edək ki, Şərif “Panama sənədləri”nin dərcindən sonra antikorrupsiya araşdırmalarına cəlb olunub. Bu sənədlər həmçinin onun naş nazir postunu itirməsinə də şərait yaradıb. Pakistan Ali Məhkəməsi artıq onunla bağlı cinayət işi qaldırıb.