​Nəvə nənəsini boğub öldürdü - ŞƏKİDƏ

Şəkidə nənəsini öldürən nəvə polisə təslim olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 11-də Şəki rayonunda yaşayan ruhi xəstə Reyhanə Davudova evində münaqişə zəminində nənəsi Nüyvər Sadıqovanı boğub və baş nahiyəsinə küt alətlə vuraraq qətlə yetirib.
R.Davudova könüllü olaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub.