Nüvə stansiyasının yerləşdiyi ərazidə GÜCLÜ ZƏLZƏLƏ baş verdi - Əhali təşviş içindədir

Baxış sayı:
2820

Bir neçə saat əvvəl Yaponiyada “Fukusima”nüvə stansiyasının yerləşdiyi bölgədə baş verən zəlzələnin mümkün fəsadları araşdırılır.

Publika.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 19:37-də baş verən rixter cədvəli üzrə 5,2 bal gücündəki zəlzələdən sonra stansiyaya baxış keçirilib. İlkin araşdırmaya görə, hələlik zərər qeydə alınmayıb. Təşviş içində olan əhaliyə təmkinli olmaq barədə çağırış edilib.

Ümumiyyətlə zəlzələ bölgəyə ziyan ciddi vurmayıb. Köhnə tikililərdə kiçik fəsadlar yaranıb.