Nüsrətin duzsəpmə hərəkəti jurnalistin həbsinə SƏBƏB OLDU

Baxış sayı:
4501

Məhəmməd Əl-Vakil adlı jurnalist Nüsrət Gökçənin duzsəpmə hərəkətinin qurbanı olub.
Belə ki, Məhəmməd İsa Peyğəmbərin “Sonuncu axşam yeməyi” tablosunu Nüsrətin duzsəpmə hərəkəti ilə fotoşop edib yayımlayıb. Bu səbəbdən isə İordaniyada həbs edilib. Jurnalistin 6 aydan 3 ilə qədər həbsi tələb edilir.
İordaniya mətbuatının xəbərinə görə, jurnalist girovla sərbəst buraxılıb. Amma bu hərəkəti həbslə nəticələnə bilər. Çünki onun barəsində məzhəblərarası münaqişə maddəsi ilə cinayət işi açılıb./olke.az