Nüsrətdən İNANILMAZ ŞOU: qızıl tozuna çəkilmiş əti... - VİDEO

Baxış sayı:
11803

Məşhur qəssab Nüsrət bu dəfə qızıl tozu ilə şou göstərib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rihanna, Castin Biber kimi bir çox ulduzla çalışan amerikalı DJ Khale Nüsrətin Mayamidə yerləşən restoranını səfər edib. Duz səpmə hərəkəti ilə məşhurlaşan türkiyəli qəssab dünya şöhrətli reper DJ Khaled üçün qızıl örtüklü steyk bişirib. Amerikalı məşhur Nüsrətin xüsusi olaraq onun üçün hazırladığı qızıl tozuna çəkilmiş əti öz əlləri ilə kəsib.
Qızılın qiyməti sürətlə artarkən Nüsrətin əti qızıl tozuna bulayıb servis etməsi müzakirələrə səbəb olub. Nüsrət Gökçe bu anları İnstaqram hesabından paylaşaraq "Biz ən yaxşısıyıq" sözlərini yazıb.