Nurməhəmmədovun məşqçisi Mendes: “Həbib Məhəmməd Əlinin müasir versiyası deyil”

Baxış sayı:
14284

“Hesab edirəm ki, Həbib Nurməhəmmədov əfsanəvi boksçu Məhəmməd Əlinin müasir versiyası deyil. Baxmayaraq ki, onlar populyarlıqda oxşardırlar”.
Bunu yüngül çəki dərəcəsində UFC çempionu olan rusiyalı Həbib Nurməhəmmədovun məşqçisi Xavyer Mendes deyib.
O, yetirməsinin peşəkar boksun əfsanəsi Məhəmməd Əli ilə müqayisə olunmasına münasibət bildirib. X.Mendes bu fikirlərlə razılaşmayıb: 
“Həbib bu status üçün lazım olan yolun yarıdan çoxunu qət edib. O, demək olar ki, hədəfə yaxındır. Məhəmməd Əli ilə digər MMA döyüşçüsünü – Yeni Zelandiya təmsilçisi İsrael Adesanyanı müqayisə etmək olar. O, Məhəmməd Əlinin müasir obrazına daha çox uyğun gəlir. Məndə də təəssürat yaradır. Adesanya yaxşı danışır, yumor hissinə malikdir, nə vaxt ciddi olmaq lazım gəldiyini başa düşür”.//APA