Nurməhəmmədova rekord qonorar: 2 milyon...

Baxış sayı:
6334

Yüngül çəkidə Mütləq Döyüşçü Çempionatının (UFC) çempion kəmərinə sahib Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qarşı döyüşü üçün 2 milyon dollar qonorar alacaq.
Muxalifet.az xəbər verir ki, Konor Makqreqorla döyüşə görə Nurməhəmmədova veriləcək qonorar onun UFC-də çıxışı ərzində alacağı rekord məbləğ olacaq. Buna qədər isə rusiyalı idmançı təşkilat çərçivəsində ən çox 530 min dollar qonorar alıb. Makqreqorun isə rusiyalı ilə döyüşə görə alacağı qonorarın məbləği 3 milyon dollar təşkil edir.
Bu qonorar döyüşçülərin rinqə çıxmasına görə verilən zəmanətli məbləğdir.
Qeyd edək ki, Nurməhəmmədov Makqreqorla oktyabrın 7-nə keçən gecə ( Bakı vaxtı ilə təxminən səhər saat 8:00 radələrində) Las-Veqas şəhərində rinqə çıxacaq. Bu qarşılaşma UFC turnirinin əsas hadisəsi olacaq.