​Nurməhəmmədov Meyvezerə SƏSLƏNDİ

Baxış sayı:
3037

UFC çempionu Həbib Nurməhəmmədov Instagram vasitəsi ilə amerikalı boksçu Floyd Meyvezerə müraciət edib.
Nurməhəmmədov özünün Instagram səhifəsində Floydun oktaqona daxil olduğunu əks etdirən görüntüləri yerləşdirib.
Rusiyalı idmançı “Floyd haradasan?” yazıb və #27vs50 heşteqi əlavə edib. Bu rəqəmlər iki idmançının qələbələrinin sayını əks etdirir.
Qeyd edək ki, Həbib Meyvezerə oktyabrın 14-də Moskvada döyüş keçirməyi təklif edib. Amerikalı boksçu isə döyüşün Las-Veqasda baş tutmasını istəyir./oxu.az