​Nurəddin Məmmədli AXCP Ali Məclisinin sədri seçildi

Oktyabrın 9-da AXCP Ali Məclisinin növbəti sessiyası keçirilib.
Azadliq.info-nun məlumatına görə, sessiyada bir təşkilati məsələyə baxılıb və mövcud ictimai-siyasi vəziyyət müzakirə olunub.
Təşkilati məsələ kimi Ali Məclisin sədri vəzifəsinə seçki olub. Sayt xatırladır ki, Ali Məclisin mərhum sədri Həsən Kərimovun vəfatından sonra bu vəzifə boş qalmışdı.
Ali Məclis sədri vəzifəsinə partiya sədrinin müavini Nurəddin Məmmədlinin namizədliyi irəli sürülüb və Məclis üzvləri yekdilliklə onun namizədliyini dəstəkləyib. Səsvermə nəticəsində N.Məmmədli AXCP Ali Məclisinin sədri seçilib.