​Nurçular Gülənin ayaqqabılarında su içirlərmiş...

Fəthullah Gülənin tərəfdarları dindirmələrdə etiraf edirlər ki, vaizin geydiyi çəkmələrdən su içir və aldıqları "xeyir-dua verilmiş" dollarları paltarlarında gizlədirlərmiş.
Virtualaz.org “Sputnik”ə istinadən bildirir ki, bunu jurnalistlərə Türkiyənin Xarici İşlər Nazirliyində deyiblər.
"Bu insan təşkilatı qurdu, amma ölkəyə xidmət üçün yox, həmin quruma və şəxsən Gülənə xidmət üçün. Bundan başqa, bu həm də terror təşkilatıdır, o praktik olaraq sekta idi", — Türkiyə XİN-in nümayəndəsi vurğulayıb.
Türkiyədə çevriliş cəhdinin uğursuzluğundan sonra Gülən təşkilatı ilə şübhəli əlaqələrdə olan şəxsləri saxlamağa və sorğu-sual etməyə başladılar. Onların ifadələri Gülən tərəfdarlarının nə dərəcədə "zombiləşdirildiklərini" açıq-aydın göstərir.
"Axtarış vaxtı bir generalın alt paltarında dollar kupyurası tapdılar və o dedi ki, onunla ayrılmaq istəmirmiş, çünki ona Gülən "xeyir-dua veribmiş".
Bizə o da məlumdur ki, Gülən tərəfdarları onun ayaqqabılarını alaraq, onlarda su içirmişlər”, - deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.