“Nümayişlərdə 8 nəfər ABŞ casusunu yaxaladıq” - İRANDAN ŞOK AÇIQLAMA

Baxış sayı:
3346

Muxalifet.az xəbər verir ki, İranda benzinin bahalaşması ilə əlaqədar keçirilən nümayişlərlə əlaqadar 8 nəfər Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency – CIA) agenti olduğu ittihamı ilə həbs edilib. İranın Təhlükəsizlik Nazirliyi tərəfindən verilən yazılı açıqlamada bu şəxslərdən 6-nın mitinqlərdə CIA-nın təlimatlarını yerinə yetirdiyi, 2 nəfərin isə xaricə məlumat ötürdüyü, jurnalist kimi fəaliyyət göstərən bu şəxslərin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən maddi dəstək aldıqları iddia edilir. ABŞ sanksiyalarının təsiri ilə iqtisadi xəhətdən ağır günlər keçirən İran xalqı 15 noyabr tarixində benzinin üçqat bahalaşmasından sonra kütləvi etirazlara başlamışdı. Ölkənin bir çox şəhərində 3 gün davam edən etirazlarda ictimai binalar, banklar, benzin stansiyaları hücuma məruz qalmış, marketlər talan edilmişdi. 7 min nəfər həbs edilmişdi. Beynəlxalq Amnistiya Təşkilatı nümayişlərdə ən azı 143 nəfərin öldüyü iddiasını bəyan eləmişdi.