​Nüfuzlu narkobaron Rusiyaya ekstradisiya olunub

Baxış sayı:
3130

Narkotik vasitələrin Çin və Latın Amerikasından  Avropaya çatdırılmasını təşkil edən beynəlxalq narkokartelin iki nömrəli şəxsi, Niderland vətəndaşı Qvido Volters Belçikadan Rusiyaya  ekstradisiya olunub.
Muxalifet.az xəbər verir ki, bu barədə “Lenta.ru” Rusiyanın baş prokurorluğuna istinadən məlumat yayıb.
Volters mütəşəkkil cinayətkar dəstənin tərkibində Latın Amerikası ölkələrində hazırlanan narkotik vasitələrin qanunsuz olaraq Rusiya ərazisindən Böyük Britaniyaya daşınmasında iştirak edib.
2010-cu ildə beynəlxalq axtarışa verilib,  2013-cü ilin may ayında isə onun Belçikada qaldığı ünvan müəyyən edilib.