​Noyabrda dünya qaranlığa qərq olacaq - NASA

Astroloji hadisə Günəşin rəngi dəyişməsinə səbəb olacaq

ABŞ Kosmik Agentliyi - NASA maraq doğuran bir açıqlama yayıb.  Açıqlamada dünyanın 15 gün qaranlığa qərq olacağı qeyd edilir.
Buna səbəb isə Venera və Yupiter planetləri ilə bağlı bir sıra astronomik hadisədir.
Qaranlıq günlərin noyabrın 15-dən başlayacağı və ayın son günü bitəcəyi ehtimal edilir.
NASA rəhbəri təyin edilən Çarlz Bolden bu barədə min səhifəlik hesabat hazırlayıb. Bu sənəd artıq Ağ evə təqdim edilib.
Bu sənəddə qeyd edilir ki, Venera və Yupiter planetləri arada 1 dərəcə məsafə qalacaq formada dayanacaqlar. Venera Yupiterin cənub qərbinə keçəcək və bu sayədə 10 dəfə daha parlaq olacaq. Bu işıq Yupiterdə qazların isinməsinə və reaksiyasına səbəb olacaq. Bu isə öz növbəsində daha çox hirdogenin fəzaya yayılmasına yol açacaq. Qazların çoxluğu Günəşdə böyük partlamaya səbəb olacaq və temperatur bir anda 9 min dərəcə çoxalacaq. İstiliyin artımı ilə Günəş maviyə çalar bir rəngə çevriləcək. Onun yenidən öz rəngi və temperaturuna qayıtması 14-15 gün davam edəcək.
Günəşin rəngi maviyə çalacaq.
Bu hadisə səhər saatlarına təsadüf edəcək. Bu prosesin başa çatması isə noyabrın 30-u gecə saatlarında olacaq.
Boldenin sözlərinə görə, bu hadisə ilə bağlı dünyada hər hansı ciddi fəsadlar gözlənilmir. Ancaq temperaturun 6-8 dərəcə artması ehtimal edilir.