Novxanıda bağ evində QORXUNC HADİSƏ

Baxış sayı:
4270

Abşeron rayonunun Novxanı kəndində yanğın olub.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "Land Rover" markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb. Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən ikimərtəbəli evin 2-ci mərtəbəsindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.