Novruz Məmmədovdan QƏRAR: Ofşor zonaların siyahısı dəyişdi

Baxış sayı:
4219

Azərbaycan Nazirlər Kabineti "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.
Muxalifet.az
xəbər verir ki, qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarla Nauru və ABŞ Virgin adalarının adları "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”ndan çıxarılıb.
Hazırda həmin siyahı belədir:

1. Anqila.
2. Antiqua və Barbuda.
3. Aruba.
4. Baham adaları.
5. Beliz.
6. Kuk adaları.
7. Qrenada.
8. Maldiv adaları.
9. Antill (Niderland).
10. Panama.
11. Samoa.
12. Sent-Kits və Nevis.
13. Seyşel.
14. Turk və Kaykos.
15. Vanuatu.