Novruz Məmmədov prorektor təyin olundu

Baxış sayı:
13141

Keçmiş Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru təyin olunub. Muxalifet.az bildirir ki, bu barədə APA-ya universitetin mətbuat katibi Ağa Cəfərli məlumat verib. Onun sözlərinə görə, Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmlər üzrə prorektoru vəzifəsinə təyin edilib və sabah onun Universitetdə təqdimatı olacaq.